Mojo.az Banner
18:49 “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi  |     18:47 Sabah Bakıda yağış yağacaq  |     18:40 Bakıda motosiklet qaçırıldı  |     18:35 "Avropa Putinlə dialoqa hazırdır" - Vadeful  |     18:26 “Göydən daş yağır” – "Sac İnşaat"dan ŞİKAYƏT (VİDEO)  |     18:21 Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu  |     18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |    
Left Banner
Right Banner

Avropa çempionatı: Sərbəst və qadın güləşçilərimiz xalça üzərinə çıxırlar

24.04.2026 12:37 651
Avropa çempionatı: Sərbəst və qadın güləşçilərimiz xalça üzərinə çıxırlar
Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycanı təmsil edən beş sərbəst güləşçi Avropa çempionatında öz gücünü nümayiş etdirmək üçün mübarizəyə qoşulur.

Mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) medallar uğrunda xalça üzərinə çıxacaqlar.

Günün digər həyəcanverici anları isə qadın idmançılarımızın iştirakı ilə yaşanacaq. Belə ki, milli komandamızın üç qadın güləşçisi bürünc medal uğrunda həlledici görüşlərdə qüvvəsini sınayacaq. Qitə birinciliyində Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova fəxri kürsünün üçüncü pilləsinə qalxmaq üçün mübarizə aparacaqlar.

Xatırladaq ki, çempionatda bundan əvvəl yunan-Roma güləşçilərimiz böyük uğura imza ataraq komanda hesabında Avropa birincisi olublar. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medala sahib çıxdıqları halda, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat qazanıblar. Qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) ölkəmizin aktivinə daha bir bürünc medal yazdırıb.скачать dle 11.3
Mojo.az Banner