Mojo.az Banner
12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |     11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |    
Left Banner
Right Banner

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - Video

23.04.2026 20:29 327
30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - Video
Paytaxtda 30 il əvvəl baş verən qətlin üstü açılıb. Hadisə 1996-cı il aprelin 10-da qeydə alınıb.

Median.Az
Baku TV-yə istinadən xəbər verir ki, Şahin Cəlilovla Hidayət Qafarov əvvəlcədən qrup şəklində planlaşdıraraq metronun "Neftçilər" stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun maşınında müştəri qismində əyləşib və onu Qaraçuxur qəsəbəsi ərazisinə gətiriblər. Həmin şəxslər bir müddət sonra avtomobildə sürücünü boğaraq onu qətlə yetirib, mərhumun meyitini basdırıblar.

Şahin Cəlilovla Hidayət Qafarov mərhuma məxsus avtomobili hissələrə bölərək satıb, əldə etdikləri pulu öz aralarında bölüblər.

Cinayətin üstü 30 il sonra açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyitin basdırıldığı ərazidə baxış keçirilən zaman mərhuma məxsus meyit qalıqları (sümüklər) aşkar edilərək ekspertizaya təhvil verilib.

Hadisənin şahidi olan qonşu Elşən Əhmədov bildirib ki, ərazidə qazıntı işləri aparılarkən əvvəlcə nə baş verdiyini anlamayıblar: "Sonradan öyrəndik ki, burada 1996-cı ildə cinayət hadisəsi törədilib. Sakinləri izahat verməyə çağırdılar. Hadisəni törədənlərdən biri - Hidayət qardaşının evi yaxınlıqda olduğu üçün buralara tez-tez gəlib-gedərdi, sakit insan idi".

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydıqları məlumata əsasən, 2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 2000-ci il sentyabrın birinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner