BMT-nin xüsusi məruzəçisi Françeska Albanese: İsrail ordusu — “yer üzündə ən deqradasiyaya uğramış ordu”
BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi Francesca Albanese İsrail Müdafiə Qüvvələrinə (IDF) qarşı son dərəcə sərt bəyanatla çıxış edib. İsrail hərbçilərinin fələstinli uşağa qarşı qəddar rəftarını əks etdirən videoya münasibət bildirən Albanese vurğulayıb ki, ordunun hərəkətləri beynəlxalq hüququn bütün “qırmızı xətlərini” keçib.
Albanese qeyd edib ki, gördükləri ona İsrail ordusunu “yer üzündə ən deqradasiyaya uğramış ordu” adlandırmaq üçün kifayət edir. O, İsraili Qəzza sektorunda soyqırımı törətməkdə ittiham edən rəsmi hesabatını dərc etdikdən sonra çoxsaylı ölüm təhdidləri alıb və genişmiqyaslı qarayaxma kampaniyası ilə üzləşib.
The Guardian nəşrinə verdiyi müsahibədə o bildirib ki, həyatı daim təhlükə altındadır və ətrafında baş verənlər güclü siyasi təzyiqlər səbəbindən “amerikan dağları”nı xatırladır. Buna baxmayaraq, Albanese öz hesabatının nəticələrində israrlıdır. Hesabatda qeyd olunur ki, müharibə nəticəsində 72 mindən çox fələstinli həlak olub və Qəzza infrastrukturunun 90%-i dağıdılıb.