Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir |
Mojo.az Avto
Mojo.az Avto

Livanın cənubunda gərginlik: İsrail və "Hizbullah" arasında atəşkəs pozuldu, ölənlər var

22.04.2026 18:40 423
Livanın cənubunda gərginlik: İsrail və
İsrail ordusunun Livanın cənubundakı Tir şəhərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həyatını itirib.

Median.Az
NNA informasiya agentliyinə istinadən xəbər verir ki, İsrail qüvvələri bir avtomobili hədəf alıb. Eyni zamanda, "Əl-Mayadeen" telekanalı İsrail aviasiyasının şəhərə təkrar hücum etdiyini və aralarında jurnalistlərin də olduğu bir neçə nəfərin xəsarət aldığını açıqlayıb. Məlumatda, həmçinin İsrail bölmələrinin Qantara şəhərində də kütləvi bombardman apardığı bildirilir.

Digər tərəfdən, "Hizbullah" atəşkəsin pozulmasına reaksiya olaraq, Tir şəhərindən cənubda yerləşən Ras əl-Bayada ərazisindəki İsrail artilleriya mövqelərinə zərbə endirdiyini bəyan edib. İsrail Müdafiə Ordusu öz növbəsində hücum edən pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb və baş verənləri atəşkəs razılaşmasının kobud şəkildə pozulması kimi dəyərləndirib.

Qeyd edək ki, bu qarşılıqlı zərbələr tərəflər arasında əldə edilmiş ongünlük atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib.

Son xəbərlər