Mojo.az Banner
14:41 Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək  |     14:22 Qubada hoteldə meyit tapıldı  |     14:02 Məhərrəm ayı ilə bağlı FƏTVA VERİLDİ  |     13:41 Baş Prokurorluq: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək məsuliyyət yaradır  |     13:27 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video  |     13:25 Apple iOS 27-ni təqdim etdi: iPhone 11 və sonrakı modellər dəstəklənəcək  |     12:42 "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə CƏLB OLUNDU  |     12:37 6 gün leysan olacaq - XƏBƏRDARLIQ  |     12:30 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     12:29 Rusiyada güclü zəlzələ oldu  |     12:27 Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı  |     12:27 Bakı-Qəbələ-Bakı qatarı Ucarda dayanacaq  |     12:25 Azərbaycan nefti BAHALAŞDI  |     12:23 Zakir Həsənov Pakistana başsağlığı verib  |     12:22 Kasparova Moskvanın mərkəzindəki elit mənzili satmaq qadağan edildi  |     12:15 Fəvvarədə çimmək ölümlə nəticələnə bilər - Mütəxəssisdən xəbərdarlıq  |     12:14 Nazir: "Azərbaycanda ƏDV hesablarındakı vəsaitlərin istifadəsi genişləndiriləcək"  |     11:56 Bakıda iş saatları dəyişdirilir - Hazırlıq başlayıb  |     11:51 İran səfirindən ABŞ-yə neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ  |     11:44 Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR  |    
Left Banner
Right Banner

Türk qəhvəsi: Tarixindən faydalarına qədər - Bu ənənə necə formalaşıb?

20.04.2026 22:41 423
Türk qəhvəsi: Tarixindən faydalarına qədər - Bu ənənə necə formalaşıb?
Köpüyü, ətri, hazırlanma üsulu və təqdimatı ilə dünyada məşhur olan Türk qəhvəsi 2013-cü ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. "40 illik xatiri var” deyimi ilə tanınan bu içki hər il 5 dekabr tarixində Dünya Türk Qəhvəsi Günü kimi qeyd olunur.

Türk qəhvəsi ilə necə tanış olunub?

Qaynarinfo xəbər verir ki, mənbələrə görə, qəhvə 1500-cü illərdə Yəməndən Osmanlı torpaqlarına yayılıb. Tarixçi Katip Çelebi 1543-cü ildə qəhvənin gəmilərlə İstanbula gətirildiyini qeyd edir. Digər rəvayətlərə əsasən isə Yəmən fatehi Özdemir Paşa səfərdən qayıdarkən İstanbula qəhvə gətirib.

Qəhvə zamanla ərəb üsulundan fərqlənərək qovrulması, üyüdülməsi və bişirilməsi ilə özünəməxsus türk qəhvəsi formasını alıb. 1554-cü ildə Taxtakale bölgəsində açılan ilk qəhvəxanalar isə bu içkinin xalq arasında yayılmasında mühüm rol oynayıb.

Mütəxəssislər bildirir ki, dadlı və köpüklü qəhvə üçün əsas şərtlərdən biri təzə üyüdülmüş qəhvə istifadə etməkdir. Qəhvə su ilə qarışdırıldıqdan sonra zəif odda bişirilməli, qaynama zamanı qarışdırılmamalıdır. Yüksək temperatur qəhvənin daşmasına və dadının pozulmasına səbəb olur.

Ənənəvi şəkildə bir fincan üçün bir çay qaşığı qəhvə, su və istəyə görə şəkər əlavə edilərək hazırlanır və adətən yanında lokum ilə təqdim olunur.

Rəvayətə görə, bir fincan qəhvənin "40 illik xətri” olması Üsküdarda bir qəhvəçinin bir gəmi kapitanına qəhvə təqdim etməsi ilə bağlıdır. İllər sonra həmin kapitan onu tanıyaraq çətin vəziyyətdə kömək edir.

Osmanlı dövründə qonağa qəhvə ilə birlikdə su təqdim olunurdu. Qonaq əvvəl su içərdisə ac olduğu, qəhvə içərdisə tox olduğu anlaşılırdı. Bundan əlavə, su qəhvənin dadını daha yaxşı hiss etməyə və ağızda qalan qalıqları təmizləməyə kömək edir.

Türk qəhvəsinin müxtəlif növləri mövcuddur. Bunlara menengiç, dibək, mırra kimi variantlar daxildir. Bəzi bölgələrdə damla saqqızlı, badamlı və ya qaymaqlı qəhvə növləri də hazırlanır.

Türk mədəniyyətində qəhvənin xüsusi yeri var. Xüsusilə qız istəmə mərasimlərində təqdim olunan duzlu qəhvə ənənəsi geniş yayılıb. Bu, həm zarafat, həm də münasibətin səmimiliyini yoxlamaq üçün istifadə olunur.

Diyetoloqlar bildirir ki, türk qəhvəsi antioksidantlarla zəngindir və müəyyən miqdarda qəbul edildikdə 2-ci tip diabet və parkinson kimi xəstəliklərin qarşısının alınmasına kömək edə bilər. Sade qəhvə kalorisi az olduğundan pəhriz zamanı da istifadə oluna bilər.

Qəhvə maddələr mübadiləsini sürətləndirir, diqqəti artırır və fiziki aktivlik zamanı enerjini yüksəldir. Lakin onun tərkibindəki kofein səbəbindən gündə 2-3 fincandan artıq içilməsi tövsiyə olunmur.

Mütəxəssislər bildirir ki, bir fincan türk qəhvəsində orta hesabla 60 mq kofein olur. Bu isə uşaqlar üçün tövsiyə olunan gündəlik normadan yüksəkdir. Buna görə də uşaqların qəhvə istehlakından uzaq durması məsləhət görülür.

Beləliklə, türk qəhvəsi yalnız içki deyil, həm də zəngin tarixi və mədəni ənənələri ilə seçilən, eyni zamanda sağlamlığa müsbət təsirləri olan bir mədəni mirasdır.скачать dle 11.3
Mojo.az Banner