Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri məlum oldu

17.04.2026 15:47 651
Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri məlum oldu
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb, 20 nəfəri də yaralayan İsa Aras Mersinlinin hadisə zamanı dediyi son sözlər məlum olub.

Median.Az
"Sabah" qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı hücum edən şagirdə müdaxilə edən valideyn Necmeddin Bekçi yaşananları danışıb.

N.Bekçi hadisə günü məktəbin yaxınlığındakı evində silah səsləri eşitdiyini bildirib. O, şagirdlərin çaxnaşma içində pəncərələrdən tullanmağa və məktəbdən qaçmağa çalışdığını gördüyünü söyləyib.

Məktəbə qaçdığını deyən N.Bekçi övladlarının yanına çatdıqdan sonra silah səslərinin gəldiyi bölməyə yönəldiyini vurğulayıb.

"Məktəbə yeməkxana tərəfdən daxil oldum və üst mərtəbəyə çıxanda iki müəllimlə yeməkxana işçisinin silahlı ilə mübarizə apardığını gördüm. Onlara dəstək olmaq üçün müdaxilə etdim".

Hücumçunu zərərsizləşdirib təhlükəsizlik qüvvələrinə təhvil verməyi hədəflədiklərini ifadə edən valideyn o vaxt bəzi şagirdlərin tualetlərdə gizləndiyini bildirib.

N.Bekçi, həmçinin İsa Aras Mersinlinin təhlükəsizlik qüvvələrinə təslim edildiyi vaxt "Məni bağışla" deyə təkrar etdiyini eşitdiyini qeyd edib.скачать dle 11.3
Mojo.az Banner