Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

14.04.2026 21:51 1 017
Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU
Xəbər verdiyimiz kimi, 2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib.

Median.Az
  qafqazinfo-ya istinadən Xəyal Əli-Zadənin fotosunu təqdim edir: 

Qeyd edək ki, sözügedən qətl 2013-cü ildə ölkədə rezonans doğurmuşdu. Qətlə yetirilən Vüsal Şilder Adolf bir zamanlar Bakıda "Mercedes-Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olmuş Adolf Şilderin oğlu idi. O, əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan həmin şəxs Vüsalın anası ilə ailə qurub, onu övladlığa götürüb və Almaniya vətəndaşlığı almasına şərait yaradıb.

Vüsalın qətlinin icraçıları Elman İsgəndərov və Seymur Talıbov 2014-cü ildə məhkum edilsələr də, sifarişçi X. Əli-Zadə ölkədən qaçmışdı. O, yalnız 13 il sonra – bir neçə gün əvvəl tutularaq Azərbaycana gətirilib. Xəyal əvvəllər yüksək vəzifədə işləmiş Tariyel Ağayevin kürəkənidir. Hadisə baş verəndən sonra qətlin icraçısı kimi T.Ağayevin də adı hallanırdı.

Son xəbərlər