Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - Video

14.04.2026 16:53 888
Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - Video
Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramiz oğlu Osmanovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər