Mojo.az Banner
23:01 İran neftini sata bilmir: Dənizdə milyonlarla barel yığılır  |     22:50 Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir  |     22:45 Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?  |     22:37 Bu qidalar qocalmanı sürətləndirir  |     22:31 "AZAL" 5 ayda 6,1 milyon dollarlıq ixrac edib  |     22:25 CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?  |     22:20 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI  |     22:10 Yüzlərlə meymun naməlum səbəbdən zooparkdan qaçıb  |     22:09 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     22:07 Tanınmış bloger qarət edildi  |     22:05 Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb - Video  |     20:54 Bu Çin maşını kəskin ucuzlaşdı  |     20:48 Azərbaycanda bu dövlət qurumları ləğv olundu  |     20:14 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     20:08 Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)  |     19:56 Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı  |     19:51 NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir  |     19:49 Paşinyan İrana gedir  |     19:38 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     19:32 Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur  |    
Left Banner
Right Banner

Türkiyədə liseyə silahlı hücum: 16 nəfər yaralandı - Hadisəni törədən ÖZÜNÜ ÖLDÜRDÜ - YENİLƏNİB (VİDEO)

14.04.2026 13:06 1 185
Türkiyədə liseyə silahlı hücum: 16 nəfər yaralandı - Hadisəni törədən ÖZÜNÜ ÖLDÜRDÜ - YENİLƏNİB (VİDEO)
Bu səhər Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu liseyində baş verən atışma 2007-ci il təvəllüdlü məktəbin keçmiş şagirdi Ö.K. tərəfindən törədilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 10 şagird, dörd müəllim, bir polis məmuru və bir yeməkxana əməkdaşı yaralanıb. Nazirlikdən bildirilib ki, xəsarət alanlar müalicə üçün Siverek Dövlət Xəstəxanasına aparılıblar. Məlumata görə, hücumu pnevmatik silahla həyata keçirən cinayətkar hadisədən sonra eyni silahla özünə qəsd edib.

* * * * * *

Şanlıurfanın Siverek rayonunda bir nəfərin liseyə daxil olub, tüfənglə atəş açması nəticəsində şagirdlər də daxil olmaqla 16 nəfər yaralanıb.

Bu barədə "Milliyet" nəşri mənbələrə istinadən məlumat yayıb. Hadisə ilə bağlı Şanlıurfa valisi Hasan Şıldak deyib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdi olan 2007-ci il təvəllüdlü şəxsdir. Onun sözlərinə görə atışmadan sonra, o, özünü güllələyib. Vali bildirib ki, şagirdlər məktəbdən artıq təxliyə olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

* * * * * *

Türkiyənin Şanlıurfa şəhərində liseydə silahlı hücum olub.

Şanlıurfanın Siverek rayonundakı lisey silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, əraziyə çox sayda tibb işçisi və xüsusi əməliyyat polisi göndərilib.

Məlumata görə, hadisəni şagird törədib. Məktəbin içərisində olan hücumçunun bəzi şagirdləri girov götürdüyü də iddia edilib.

Təhlükəsizlik qüvvələrinin şagirdlərin əksəriyyətini məktəbdən təxliyə etdiyi bildirilib.

Bölgədə hücumçunun zərərsizləşdirilməsi səyləri davam etsə də, 7 nəfərin yaralandığı bildirilib. /milli.az/


скачать dle 11.3
Mojo.az Banner