Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılıb öldü

14.04.2026 12:36 1 197
Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az

Son xəbərlər