Mojo.az Banner
17:21 Azərbaycan-Ukrayna arasında hökumət rabitəsi üzrə sazişə dəyişiklik edilir  |     17:11 Bakı metrosunda qatarlararası intervallar azaldılır  |     17:03 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi  |     16:43 Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı  |     16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |     15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |     13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmələrdə ipoteka mübahisələri ilə bağlı VACİB ŞƏRTLƏR AÇIQLANDI

14.04.2026 12:36 828
Məhkəmələrdə ipoteka mübahisələri ilə bağlı VACİB ŞƏRTLƏR AÇIQLANDI
İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.

Bu barədə Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.

Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır.

Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır.

Bunlara, ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir. Bundan əlavə, qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Yəni vətəndaşa məxsus mənzilin yerləşdiyi ünvan, sahəsi və digər vacib göstəricilər qeyd olunmalıdır.

Eyni zamanda, ipoteka predmetinin bazar dəyəri də müəyyənləşdirilməlidir. Bu dəyər tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndirici təşkilat vasitəsilə təyin olunur.

Qeyd edilib ki, zərurət yarandığı hallarda ipoteka predmetinin satışınadək onun mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər də məhkəmə qərarında göstərilməlidir.скачать dle 11.3
Mojo.az Banner