Mojo.az Banner
18:57 ABŞ Hörmüz boğazının blokadasına başladı  |     18:49 Fransalı ulduza gözlənilməz təklif: Zidan Asiyada işləmək istəmədi  |     18:39 Reyd zamanı istehlaka yararsız 227 kq at əti aşkarlanıb  |     18:22 Bacısının keçmiş ərinin üzərinə benzin töküb yandırdı - Məhkəmə bu cəzanı verdi  |     18:14 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:47 Məşhur türk sənətçilərin narkotik testlərinin nəticələri açıqlandı  |     17:23 İmişlidə ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi  |     17:22 Rüşvət alan rəisin MƏHKƏMƏSİ BAŞLAYIR  |     17:21 Tez-tez xəstələnməyinizin SƏBƏBLƏRİ  |     17:04 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     16:58 Əməkhaqqı yüksək olan sahələr – SİYAHI  |     16:56 Türkiyə geyim brendləri Rusiyanı tərk edir  |     16:53 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağır  |     16:49 "Torqovı"da evdən meyit TAPILDI  |     16:48 Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR  |     16:39 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağırdır  |     16:36 "Tempo Baku" restoranının qarşısında KÜTLƏVİ DAVA - Video  |     16:30 Prorektor işdən çıxarıldı - Nazirdən əmr  |     16:08 Azərbaycanın strateji valyuta ehtiyatları 85 mlrd. dolları ötüb  |     16:06 Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib  |    
Left Banner
Right Banner

Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

13.04.2026 16:48 81
Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR
Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan sonuncu prosesdə təqsirləndirilən həkim barədə birinci instansiyanın qərarı dəyişdirilərək 3 il 3 ay cəza verilib.

Təqsirləndirilənin həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Zərərçəkənin hüquqi varisinin vəkili Ülvi Nağıyevin dediyinə görə? məhkəmə zərərçəkən tərəfin iddiasını qismən təmin edərək onlara ödəniləsi maddi təzminatın miqdarını da artırıb.

Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ülviyyə İlyasova barədə Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf - zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət versələr də, Bakı Appelyasiya Məhkəməsi bunu qismən təmin edib və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.

Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.

Daha sonra Bakı Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək Bakı Appelyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.

Aprelin 8-də isə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işinin ilk prosesi zamanı barəsində həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və o məhkəmə zalından həbs edilib.

Onu da qeyd edək ki, zərərçəkən tərəf Ülviyyə İlyasovanin cəzasının daha da ağırlaşdırılması tələbini ortaya qoymuşdu.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner