Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan estetik mərkəz direktoruna hökm oxundu

30.05.2025 12:50 1 041
Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan estetik mərkəz direktoruna hökm oxundu
Bakıda eltisini qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilən "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ü.İlyasova üç il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, üç il iki ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, bu il aprel ayının 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.

İstintaqla "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.

Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, mərhum Səbirə Vəliyeva Ü.İlyasovanın eltisidir.

Həmçinin səhiyyə naziri Teymur Musayev parlamentin iclasında bildirmişdi ki, ölən şəxs mətbəxdə əməliyyat olunub.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner