Mojo.az Banner
21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |     20:22 Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı  |     20:14 "iPhone 18" Azərbaycanda neçəyə satılacaq? - Qiymətlə bağlı iddia  |     20:09 Ayı piyindən sabun bişirilən kənd: Zaqatalanın Sabunçusu (VİDEO)  |     20:01 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?  |     19:56 General Ermənistan vətəndaşlığından imtina etdi  |     19:50 “Qala Qəbələ”də nöqsanlar aşkarlandı - VİDEO  |     19:42 Sabah Bakıda yağış yağacaq  |     19:37 İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi  |     19:30 Koxalski hansı kluba gedir? - “Qarabağ”a ödəniləcək təzminat bəlli oldu  |    
Left Banner
Right Banner

Hörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib

09.04.2026 20:42 588
Hörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib
ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə təzyiqi artıraraq Hörmüz boğazında təcili hərbi dəstək göstərilməsi tələbini irəli sürüb.

Bu barədə "Der Spiegel" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtondan qayıdan NATO-nun baş katibi Mark Rütte Avropa liderlərinə bildirib ki, Donald Tramp Avropadan boğazda hərbi gəmilərin və digər qüvvələrin yerləşdirilməsi ilə bağlı konkret öhdəliklər gözləyir. Avropalı diplomatlar Ağ Evin bu yeni tələblərini ultimatum kimi qiymətləndiriblər. Bu təzyiqlər Trampın NATO üzrə müttəfiqlərinə hərbi dəstəyi dayandırmaqla bağlı hədələrinin davam etdiyi bir şəraitdə baş verir.

Qeyd edək ki, Tramp aprelin 8-nə keçən gecə İrana qarşı zərbələrin iki həftəlik dayandırılmasına razılıq verdiyini açıqlayıb. Bunun əsas şərti kimi Hörmüz boğazının tam açılması göstərilib. ABŞ-nin İrandan münaqişənin nizamlanması ilə bağlı 10 maddədən ibarət təkliflər paketi aldığı bildirilir. Ağ Ev rəhbəri vurğulayıb ki, əgər razılaşma əldə olunmazsa, hərbi əməliyyatların yenidən başlanması qaçılmaz olacaq.скачать dle 11.3
Mojo.az Banner