Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Bazarda sahədən 3-4 dəfə baha satılan göyərti - Fermer nədən şikayət edir?

09.04.2026 16:22 537
Bazarda sahədən 3-4 dəfə baha satılan göyərti - Fermer nədən şikayət edir?
"Göyərtinin sahədə bir dəstəsinin topdansatış qiyməti 10 qəpiyə başa gəlir".

Bunu Qaynarinfo-ya fermer Anar Abbasov deyib.

Onun sözlərinə görə, işbazlar sahədən 10 qəpiyə aldıqları göyərti dəstəsindən 3-4 dəfə artıq pul qazanırlar:

"Bizim dəstələrimiz böyükdür. İşbazlar bu dəstələri aparıb 3-4 yerə bölür və kiçik dəstələr edərək satır. Nəticədə bizdən 4 dəfə artıq pul qazanırlar. Zəhmət, əziyyət isə bizə qalır”.

Fermer əlavə edib ki, təkcə göyərti deyil, bütün tərəvəzlərin topdansatış qiyməti sahədə çox ucuzdur:

"Məsələn, kələmin sahədə topdansatış qiyməti 16 qəpikdir. İşbazlar kələmi bizdən alıb topdansatış bazarlarında 36 qəpiyə verirər. Bizim dərdimiz də budur ”.

Fermer bildirib ki, kəndlinin Bakıda birbaşa məhsulunun satılmasına şərait yaradılmalıdır:

"Bizə bazarda yer verirlər, amma elə yer verirlər ki, ora alıcı gəlmir. Əgər bizə "Meyvəli” bazarında yer verilsə, imkan yaradılsa məhsulumuzu gətirib Bakıda satarıq. Məsələn, kələmin bir kiloqramını 35 qəpiyə deyil, 20 qəpiyə verərdik. Göyərtini dı elə 10 qəpiyə Bakıda sataram. Onu kim almaz ki?”скачать dle 11.3
Mojo.az Banner