Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi | 20:39 Çində dünyanın ən uzun asma körpüsü tikildi - Mərkəzi aşırımı 1208 metrdir |
Mojo.az Avto
Mojo.az Avto

Astarada marketdə normativ tələblər pozulub

09.04.2026 16:02 336
Astarada marketdə normativ tələblər pozulub
Astara şəhəri, İ.Kaverin küçəsində fəaliyyət göstərən, Nurid Həsən oğlu Həsənova məxsus "Olimp" marketdə yoxlama keçirilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Marketdə məhsulların saxlama şəraitinə və temperatur rejiminə riayət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, yararlılıq müddəti ötmüş məhsulların satıldığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin qida obyektində "Organic Brand", "Naturel", "Bakinets", "Wheat Water" əmtəə nişanlı alkoqollu içkilərin etiket məlumatlarının saxtalaşdırıldığı və qeydiyyatdan keçməmiş qida obyektində istehsal olunduğu aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, araşdırmalar davam etdirilir.

Son xəbərlər