Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəmkirdə pərakəndə satış mağazasında saxta araqlar aşkarlanıb

20.11.2025 12:03 603
Şəmkirdə pərakəndə satış mağazasında saxta araqlar aşkarlanıb
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əziz Abbas oğlu Cəfərova məxsus pərakəndə satış mağazasında keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, mağazada "Belaya", "Organic Ultra", "Organic Brand", "Organic Free", "Organic Ekskluziv", "Oscar", "Sobranie", "Ağsu", "ICE", "Organic", "Moskovskiy" əmtəə nişanlı ümumi miqdarı 127.6 litr olan 203 ədəd saxta araq aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, saxta məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materialların hüquq-mühafizə orqanına göndərilməsi nəzərdə tutulub.
скачать dle 11.3
Mojo.az Banner