Mojo.az Banner
15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |     15:57 Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı  |     15:56 Ölmüş heyvanların utilizasiyası üçün müəssisələr yaradılacaq  |     15:55 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     15:54 Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi  |     15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |    
Left Banner
Right Banner

Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir

08.04.2026 21:36 429
Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir
Azərbaycanda fərdi məlumatların və məxfiliyin mühafizəsi sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlanır.

Median.Az
"Report"a istinadən xəbər verir ki, internet xidməti təminatçılarına şamil ediləcək məlumat təhlükəsizliyi sahəsində qanuni tələblərin möhkəmləndirilməsi nəzərdə tutulur.

Bu istiqamətdə vasitəçi şirkətlərin öhdəlikləri, məlumatların toplanması prosesinə tətbiq olunan məhdudiyyətlər, kompensasiya mexanizmləri, həmçinin digər hüquqi tələblər üzrə müvafiq normativ aktların işlənib hazırlanması planlaşdırılır.

Bununla yanaşı, məlumatların məxfiliyinin pozulması zamanı baş verən insidentlərin internet provayderləri tərəfindən aidiyyəti səlahiyyətli qurumlara məlumat verilməsi mexanizminin daha da dəqiqləşdirilməsi gözlənilir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş layihələrin hazırlanması da nəzərdə tutulub.

Qeyd olunan tədbirlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Elektron Təhlükəsizlik Xidməti tərəfindən 2026-cı ilin dekabr ayınadək icra olunması planlaşdırılır.скачать dle 11.3
Mojo.az Banner