Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

AzTV-nin “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək

07.04.2026 21:05 1 131
AzTV-nin “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək
Azərbaycan Televiziyasının "Sabah”, "Telefilm” və "Kino” studiyaları birləşdiriləcək.

Bu barədə AzTV-dən məlumat verilib.

"QSC daxilində film istehsal edən 3 komanda var – "Sabah”, "Telefilm” və "Kino” studiyası. Hazırda QSC-nin strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı "Telefilm” adı altında birləşəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən "Sabah” studiyasının bağlanması ilə bağlı məlumat paylaşıb.

Son xəbərlər