Mojo.az Banner
23:02 Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər  |     22:55 Akın Akınözü yeni serial üçün imicini dəyişdi  |     22:50 Xalq rəssamı Ömər Eldarovun sağlamlıq VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     22:42 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb  |     22:36 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:29 Hərbçimiz həlak oldu  |     22:24 Türkiyə gömrüyündə Ermənistan kodu tətbiq edilib  |     22:16 Meksikada 7 baldan güclü zəlzələ oldu - Sunami yaxınlaşır  |     22:11 "Tesla" minlərlə avtomobili təmir edəcək  |     22:03 Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub  |     21:25 İki gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir  |     21:17 ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb  |     21:11 Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT  |     21:04 Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək  |     20:59 Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO  |     20:50 Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI  |     20:45 6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...  |     20:38 Azərbaycan gündəlik nə qədər neft hasil edir?  |     20:33 I kurs tələbəsi vəfat etdi  |     20:23 Mərdəkanda gənc oğlan dənizdə boğuldu  |    
Left Banner
Right Banner

Azərbaycanlı tələbələrin 1,6 milyon dollarlıq startapı

07.04.2026 16:24 435
Azərbaycanlı tələbələrin 1,6 milyon dollarlıq startapı
ABŞ-nin Çikaqo şəhərində təhsil alan azərbaycanlı gənclər — İbrahim Cümşüdlü, Əli Şükürov və Ayhan Şahmarov “FitFindAI” adlı, süni intellekt əsaslı moda texnologiyası startapı yaradıblar.

ABŞ-də fəaliyyət göstərən, yüksək inkişaf potensialı olan startaplara maliyyə, mentorluq və investor əlaqələri təmin edən “gener8tor Accelerator” proqramı soydaşlarımızın layihəsini 1,6 milyon ABŞ dolları həcmində qiymətləndirib. Bu da layihənin ABŞ-də perspektivli texnologiya startapı kimi dəyərləndirilməsinin göstəricisidir. Proqram, həmçinin seçilmiş startaplara 12 həftə ərzində biznes strategiyası, investorlarla görüşlər, təcrübəli mentor dəstəyi və ilkin investisiya da təqdim edir.

Bu layihə istifadəçilərə istədikləri geyimləri həm mətn vasitəsilə, həm də şəkil yükləməklə tapmağa imkan verir. Tətbiq istifadəçinin yerləşdiyi əraziyə uyğun olaraq müxtəlif geyim markaları arasında axtarış aparır və uyğun məhsulları təqdim edir.

Layihə hazırda ABŞ bazarı üçün hazırlanıb və ən yüksək səmərəliliklə ölkə daxilində fəaliyyət göstərir. Komanda yaxın gələcəkdə tətbiqi qlobal bazara çıxarmağı, digər ölkələrdə, o cümlədən Azərbaycanda da tam funksional hala gətirməyi planlaşdırır.

Startapın müəlliflərinin sözlərinə görə, layihənin əsas məqsədi alış-veriş prosesini maksimum dərəcədə sadələşdirmək, istifadəçilərə vaxt qazandırmaq və moda sənayesində yeni yanaşma formalaşdırmaqdır. “FitFindAI” hazırda ilkin mərhələdə olsa da, gələcəkdə daha geniş funksionallığa malik elektron ticarət platformasına çevrilməsi nəzərdə tutulur. Bu platforma vasitəsilə istifadəçilər evdən çıxmadan qısa müddət ərzində istədikləri geyimləri sifariş edə biləcəklər.

Hazırda komanda tətbiqin inkişafını sürətləndirmək, istifadəçi bazasını genişləndirmək və beynəlxalq bazarda mövqeyini gücləndirmək məqsədilə sərmayədarlarla danışıqlar aparır.

Məlumat üçün bildirək ki, 19 yaşında olan soydaşlarımız - İbrahim Cümşüdlü və Ayhan Şahmarov Çikaqo İllinoys Universitetinin (“University of Illinois Chicago”), Əli Şükürov isə Milli Luis Universitetinin (“National Louis University”) tələbəsidir.
//diaspor.gov.azскачать dle 11.3
Mojo.az Banner