Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - Video

07.04.2026 12:13 849
Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - Video
Səkkiz ay əvvəl akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya olunan 67 yaşlı qadının digər ayağında qanqren yaranıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, pasiyentin yaxınları iddia edirlər ki, onlar yenidən həmin müəssisəyə müraciət etsələr də, həkim Ruslan Əliyev xəstəni qəbul etməyıb, ağır vəziyyətdə olan pasiyent beş saat təcili tibbi yardım maşınında gözləməli olub.

Elmi Cərrahiyyə Mərkəzinin dəhlizində bununla bağlı görüntülər də çəkilib. Videogörüntü sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.

Məlum olub ki, 67 yaşlı Fatimə Hacıyevanın ayaq barmaqları təxminən səkkiz ay əvvəl həkim Ruslan Əliyev tərəfindən amputasiya edilib. Hazırda isə xəstənin digər ayağında qanqren yarandığı iddia olunur.

Yaxınlarının sözlərinə görə, vəziyyəti kritik həddə çatan Fatimə Hacıyevanın təcili əməliyyat olunması Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ləngidilir. O da iddia olunur ki, əməliyyatı həyata keçirən həkim sonrakı mərhələlərdə də xəstəni qəbul etməkdən yayınıb.

Fatimə Hacıyevanın qızı Fidan Rəhimova iddia edir ki, məsələ ilə bağlı mərkəzin baş həkimi Nazim Hacıyevə dəfələrlə müraciət etsələr də, xəstənin müalicəsi istiqamətində effektiv tədbirlər görülməyib.

Nazim Hacıyev iddialara belə aydınlıq gətirib: "Yaşlı qadındır, onun ayağında quru qanqren əmələ gəlib. Orada artıq bərpaedici əməliyyat eləmək mümkün deyil. Amma ola bilər, biz onun damarını açdıraq ki, ayağını tam itirməsin".

Nazim Hacıyev pasiyentə mərkəzdə etinasız yanaşılması iddiasını qəbul etmədiyini bildirib. Baş həkim pasiyentin hazırda xəstəxanada müayinəsinin davam etdiyini deyib və əlavə edib ki, müayinələr tam başa çatdıqdan sonra pasiyentlə bağlı qərar veriləcək.

Son xəbərlər