Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Azərbaycanlı abituriyent Selcan Süleymanlıdan QÜRURVERİCİ UĞUR

06.04.2026 16:02 426
Azərbaycanlı abituriyent Selcan Süleymanlıdan QÜRURVERİCİ UĞUR
Azərbaycanlı abituriyent Selcan Süleymanlı nüfuzlu beynəlxalq uğura imza atıb. O, dünyanın aparıcı ali təhsil müəssisələrindən olan "Massachusetts Institute of Technology"ə qəbul alıb.

Bu barədə Azərbaycan Universitetləri feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl isə Selcan "Imperial College London"dan qəbul qazanıbmış.

Bu nəticə Azərbaycan təhsilində nadir hadisə kimi qiymətləndirilir, çünki o, dünya reytinqlərində həm ilk pillədə qərarlaşan, həm də ikinci yerdə olan universitetlərə qəbul almağa nail olub.

Selcan Süleymanlı müxtəlif olimpiadalarda əldə etdiyi uğurlarla da diqqət çəkir. O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb.

Bundan əlavə, Azərbaycan Astronomiya və Astrofizika Olimpiadası çərçivəsində 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal və "birincilərin birincisi" adına layiq görülüb.

Beynəlxalq arenada da uğurlar qazanan Selcan 2025-ci ildə Asiya Fizika Olimpiadası-nda həvəsləndirici mükafat, Beynəlxalq Fizika Olimpiadası-nda isə bürünc medal əldə edib. O, bu yarışda medal qazanan ilk azərbaycanlı qız kimi tarixə düşüb.

Qeyd edək ki, Selcan Süleymanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi-nin məzunudur və bu təhsil ocağından MIT-ə qəbul alan üçüncü şagird olub.скачать dle 11.3
Mojo.az Banner