Mojo.az — elanlar
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq

06.04.2026 12:46 726
Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq
Ağdərədə 6-10 aprel tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.

Son xəbərlər