Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Gənclər özləri də dərk etmədən tarixi abidəyə ziyan vurublar" - AÇIQLAMA

03.04.2026 17:12 366
“Nizami Kino Mərkəzi ilə bağlı baş verən hadisə çox üzücüdür. Təəssüf ki, gənclərimizin bir qismi yanlış yoldadırlar”.

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, Nizami Kino Mərkəzinin divarlarına yazı yazan gənclər özləri də dərk etmədən belə bir tarixi abidəyə ziyan vurublar:

“Bu, qəbuledilməz məqamdır. Tarixi binaları qorumaq hər birimizin üzərinə düşən vəzifədir. Ən narahatedici məqamlardan biri də ondan ibarətdir ki, bunu gənclər ediblər. Gənclərin yanlış yolda olması problemli məsələdir.

Hesab edirəm ki, biz gənclərlə daha sıx iş aparmalıyıq. Ailələr övladlarının tərbiyəsinə ciddi önəm verməlidirlər. Məktəblərdə təlim-tərbiyə işlərinə diqqət artırılmalıdır. Yəni, gənclər arasında davamlı təbliğat aparılmalıdır.

Təəssüf ki, müasir dövrdə sosial medianın təsiri, qloballaşma və digər məsələlər bəzi gənclərimizin milli-mənəvi dəyərlərimizdən uzaqlaşmasına gətirib çıxarıb. Biz gənclərdə bir sıra yanlış fikir və düşüncələrin formalaşdığının şahidi oluruq. Kimin tərəfindən törədilməsindən asılı olmayaraq, bu çox yanlış bir əməldir. Gənclərimiz belə davranışlardan uzaq olmalıdırlar. Onlar milli-mənəvi dəyərlərimizin ən ciddi keşikçiləri olmalıdırlar. Bilməlidirlər ki, dövləti güclü edən onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi abidələridir. Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə və mənəviyyata malik xalqdır. Xalqımız bu dəyərləri göz bəbəyi kimi qorumalıdır", - deyə C.Məmmədov əlavə edib.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

Son xəbərlər