Mojo.az Banner
16:41 Leyla Əhmədova həbs olundu  |     16:41 Bu il neçə kişiyə ödənişli atalıq məzuniyyəti verilib?  |     16:39 "Kəpəz" - "Qəbələ" qarşılaşması sükutla başlayacaq - SƏBƏB  |     16:37 Gənc oğlan Bakıda daş karxanasında öldü  |     16:05 İran-Azərbaycan sərhədində 38 kq narkotik aşkarlanıb  |     15:29 Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO  |     15:05 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib  |     14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |     14:44 Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı  |     14:43 Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?  |     14:41 Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir  |     13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |    
Left Banner
Right Banner

Azərbaycanda deputat tanıdığı qadının ərindən pəncərədən tullanmaqla qaçıbmış - TƏFƏRRÜAT

03.04.2026 13:03 876
Azərbaycanda deputat tanıdığı qadının ərindən pəncərədən tullanmaqla qaçıbmış - TƏFƏRRÜAT
Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputat Əli Abbasov mandatının əlindən alınmasından narazıdır.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, Əli Abbasov Naxçıvan Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından Ali Məhkəməyə şikayət edib.

Keçmiş deputat iddia ərizəsində yazır ki, mandatı əsassız olaraq ləğv edilib, bu səbəbdən MSK-nın qərarının ləğv edilməsini xahiş edir.

Əli Abbasovun mandatının ləğv edilməsinə gətirib çıxaran hadisə onun içkili vəziyyətdə əvvəldən tanıdığı qadının evinə daxil olması, sonuncuya əxlaqsız təklif etməsi ilə bağlı yayılmış xəbərlər olub. Şikayət ərizəsində yazılıb ki, Ə.Abbasov evə daxil olduqdan sonra qadının əri qəfil içəri girib, bu vaxt deputat pəncərədən tullanaraq qaçıb. Lakin çox uzaqlaşmadan qadının əri tərəfindən tutularaq özünü ifşa edib. Bundan bir neçə saat sonra həmin şəxs əlində bıçaqla Əli Abbasovun evinə hücum çəkib. O, deputatı bıçaqlamaq istəyərkən sonuncunun qohumu araya girərək xəsarət alıb.

Prokurorluqda aparılan araşdırma nəticəsində deputatın qadının evinə iradəsinə zidd olaraq, zorla girməsi sübut edilmədiyindən cinayət işinin başlanmasından imtina edilib. Sonradan isə həmin qadınla deputat arasında barışıq əldə edilib, şikayət geri çəkilib.

Ə.Abbasov hazırda ondan heç bir şikayət olmadığını da əsas gətirərək, deputat mandatının bərpa edilməsini xahiş edib.

Lakin Ali Məhkəmə şikayəti əsassız sayıb.

Məhkəmə qərarında yazılıb ki, iddiaçının mandatının ləğv edilməsi ilə bağlı qərar şikayətin geri çəkilməsi ilə deyil, deputat adına xələl gətirən hərəkətlər etməsi ilə bağlı olub. Ə.Abbasov etik davranış qaydalarını kobud surətdə pozduğu üçün kassasiya şikayəti rədd edilib.скачать dle 11.3
Mojo.az Banner