Mojo.az Banner
19:24 Feliks "Beşiktaş"dan getdi  |     19:15 Bakının 556 küçəsi yuyuldu  |     19:10 Ağcaqanad dişləməsi 9 nəfərin həyatına son qoydu  |     19:03 “28 May–Nizami” xəttində 100-ə yaxın avtobus cəlb olunub  |     18:58 Güclü yağış Tbilisidə ciddi fəsadlara səbəb olub - VİDEO  |     18:50 Lift əvəzinə pilləkənlərdən istifadə edin - Səbəbi isə...  |     18:45 Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür  |     18:36 Dünyanın ən böyük elektrik təyyarəsi ilk dəfə səmaya qalxdı  |     18:31 Sumqayıtda 6 maşın toqquşdu - Xəsarət alanlar var  |     18:26 ABŞ-də 5 erməni həbs edildi  |     18:21 Yəmənin limanına raket zərbəsi: Ölən və yaralananlar var  |     18:05 Bu ərazilərdə qaz olmayacaq  |     18:05 Sabah çimərliklərdə hava necə olacaq?  |     17:59 Azərbaycanlı müğənni və meneceri döyüldülər - VİDEO  |     17:37 Süni intellekt əməkdaşı işdən çıxardı - İlk dəfə  |     17:21 Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var - Video  |     16:58 İsveçrədə Rusiyanın dondurulmuş aktivləri 10 milyardı keçdi  |     16:41 İndoneziyada daha bir güclü zəlzələ: Sumatra adası silkələndi  |     16:39 Sea Breeze-dəki faciədən sonra: Hovuzlardakı təhlükəsizlik sistemi necə olmalıdır?  |     16:11 Qətlə yetirilən iş adamının FOTOLARI  |    
Left Banner
Right Banner

Ən az fərqlə qalib gələn deputatlar

10.02.2020 20:24 2 173
Ən az fərqlə qalib gələn deputatlar
Mərkəzi Seçki Komissiyası dünənki parlament seçkilərinin ilkin nəticələrini açıqlayandan sonra məlum olub ki, bir neçə namizəd minimal faizlə lider olublar.

Median.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, maksimal göstərici 1 Saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb. Burada Vasif Talıbov 94,6 faiz səslə qalib gəlib. Digər namizədlər isə ortalama 45-70 faiz arasında səs toplaya biliblər. Lakin bu seçkidə aşağı faiz göstəricisi ilə qalib gələn namizədlər də diqqət çəkib.

Belə ki, 79 Sayli İmişli Seçki Dairəsindən Razi Nurullayev 20,9 faiz səslə qalib gəlib. O, 41 min 804 seçicidən 2 min 703 səs ala bilib.

61 saylı Neftçala seçki dairəsindən keçmiş deputat Sabir Rüstəmxanlı 21,4 faiz səslə lider olub. Həmin dairədən 42 619 seçicidən 2 824 nəfəri S.Rüstəmxanlıya səs verib.

47 saylı Mingəçevir seçki dairəsindən YAP-ın namizədi Aydın Mirzəzadə 30,1 faizlə qalib gəlib. O, dairə üzrə 37 745 seçicidən 2550 səs alıb.

41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynova 32,6 faiz səs yığıb. 43 149 seçicidən 3556 nəfər onun deputat seçilməsi istəyib.

16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirli 35,6 faiz səslə lider olub. O, 35 257 seçicidən 2507 səs alaraq deputat mandatı əldə edib.скачать dle 11.3
Mojo.az Banner