Mojo.az Banner
23:02 Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər  |     22:55 Akın Akınözü yeni serial üçün imicini dəyişdi  |     22:50 Xalq rəssamı Ömər Eldarovun sağlamlıq VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     22:42 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb  |     22:36 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:29 Hərbçimiz həlak oldu  |     22:24 Türkiyə gömrüyündə Ermənistan kodu tətbiq edilib  |     22:16 Meksikada 7 baldan güclü zəlzələ oldu - Sunami yaxınlaşır  |     22:11 "Tesla" minlərlə avtomobili təmir edəcək  |     22:03 Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub  |     21:25 İki gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir  |     21:17 ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb  |     21:11 Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT  |     21:04 Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək  |     20:59 Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO  |     20:50 Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI  |     20:45 6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...  |     20:38 Azərbaycan gündəlik nə qədər neft hasil edir?  |     20:33 I kurs tələbəsi vəfat etdi  |     20:23 Mərdəkanda gənc oğlan dənizdə boğuldu  |    
Left Banner
Right Banner

QR kodlardan istifadə genişlənir: Mütəxəssis təhlükə barədə xəbərdarlıq edir

31.03.2026 20:31 291
QR kodlardan istifadə genişlənir: Mütəxəssis təhlükə barədə xəbərdarlıq edir
Hazırda bir çox sahədə QR kodlardan istifadə geniş yayılıb. Xüsusilə restoran və kafelərdə menyular QR kodlar vasitəsilə ilə tətbiq olunur. Pandemiya dövründə yaranan tələbat bu texnologiyanın sürətlə yayılaraq, bir çox sahədə tətbiqinə səbəb oldu. Son dövrlərdə ictimai nəqliyyatda da bu texnologiyadan istifadə edilir. Bundan əlavə, QR kodlar mağazalarda məhsul haqqında əlavə məlumat əldə etmək, tədbirlərdə biletlərin yoxlanılması, reklam kampaniyalarında istifadəçiləri veb-saytlara yönləndirmək kimi müxtəlif sahələrdə də aktiv şəkildə istifadə olunur. Təhsil, səhiyyə və bank sektorunda da QR texnologiyasından istifadə daha da genişlənir.

Bəs həyatımızın gündəlik bir hissəsinə çevrilən QR kodlardan istifadə təhlükəlidirmi? Biz QR kodlarla ödəniş edərkən nəyə diqqət etməliyik?

İKT eksperti Elvin Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, QR kodlar gündəlik həyatımızı, xüsusən də restoranlarda menyuya baxmaq və ya nəqliyyatda ödəniş etmək prosesini xeyli sürətləndirir:

"Azərbaycanda hazırda bir aparıcı ödəniş platformasında QR kodla ödənişlərin kütləvi tətbiqi həyata keçirilir və bu, gündəlik alış-verişi xeyli asanlaşdırır”.

Elvin Abbasov əlavə edib ki, texniki tərəfdən baxsaq görərik ki, QR kodun özü sadəcə bir keçid (link) və ya məlumat daşıyıcısıdır və onun "içində" nəyin gizləndiyini gözlə görmək mümkün deyil:

"Bu qeyri-müəyyənlikdən istifadə edən kiberdələduzlar, orijinal kodların üzərinə saxta stikerlər yapışdıraraq istifadəçiləri zərərli saytlara yönləndirə bilərlər. Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq çərçivəsində rəqəmsal ödəniş platformaları təhlükəsizlik qatlarını artırsa da, son nöqtədə istifadəçinin diqqəti ən vacib texniki sipərdir”.

Ekspertin sözlərinə görə, QR kodla ödəniş edərkən və ya hər hansı məlumata daxil olarkən ilk növbədə kodun fiziki vəziyyətinə diqqət yetirmək lazımdır:

"Əgər kod bir stiker kimi başqa bir səthin üzərinə sonradan yapışdırılıbsa, bu ciddi şübhə doğurmalıdır. Kodu skan etdikdən sonra telefonunuzda açılan linkin ünvanını mütləq yoxlayın; rəsmi qurumun, restoranın və ya ödəniş platformasının adı ünvan sətrində təhrif olunubsa, dərhal prosesi dayandırın. Vətəndaş məsuliyyəti baxımından yadda saxlamaq lazımdır ki, QR kod skan olunarkən sizdən birbaşa bank kartı məlumatlarını və ya şifrəni daxil etmək tələb olunursa, bu əksər hallarda dələduzluqdur. Təhlükəsizliyinizi artırmaq üçün hər hansı naməlum QR skaner tətbiqi əvəzinə telefonun öz kamerasından və ya rəsmi ödəniş tətbiqlərinin daxili skanerindən istifadə etmək ən doğru texniki addımdır”.

скачать dle 11.3
Mojo.az Banner