Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - Video

26.03.2026 12:11 789
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - Video
Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi bölgədə fəaliyyət göstərən balıq vətəgələri üçün ciddi çətinliklər yaradıb. Aparılan müşahidələr göstərir ki, bu proses həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli təsirlərlə müşayiət olunur.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, balıqçılıq təsərrüfatı ilə məşğul olan şəxslər deyirlər ki, əvvəlki illərlə müqayisədə dənizə çıxış xeyli çətinləşib. Xüsusən Xəzər dənizinin cənub rayonlarına düşən hissəsində tam su içində yerləşən vətəgələr indi qismən quruda qalır. Onların sözlərinə görə, bəzi vətəgələrdə su o qədər çəkilib ki, torları əvvəlki kimi yerləşdirmək mümkün olmur.

Mütəxəssislər isə problemin daha genişmiqyaslı olduğunu vurğulayırlar. Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bildirir ki, suyun çəkilməsi nəticəsində sahilyanı ekosistemlər ciddi dəyişikliklərə məruz qalır. Suyun səviyyəsinin azalması ilə bir çox balıq növlərinin çoxalma və qidalanma zonaları daralır. Bu isə ümumi bioloji müxtəlifliyin azalmasına gətirib çıxara bilər.

Mütəxəsisin sözlərinə görə, vəziyyət uzunmüddətli perspektivdə balıqçılıq sektoruna mənfi təsir göstərə bilər. Onların fikrincə, əgər suyun səviyyəsinin azalması davam edərsə, bir çox vətəgələr fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər.
скачать dle 11.3
Mojo.az Banner