Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mövlam Şixəliyevin pensiyası da kəsildi

19.03.2026 11:11 981
Mövlam Şixəliyevin pensiyası da kəsildi
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin hazırda həbsdə olan keçmiş rəisi Mövlam Şixəliyevə 2016-cı ildə təyin olunmuş general pensiyası kəsilib.

Median.Az
Gununsesi.info-ya istinadla xəbər verir ki, Mövlam Şixəliyev bununla razılaşmadığı üçün məhkəməyə müraciət edib.

Keçmiş rəisin pensiyasının kəsilməsinə səbəb isə onun "general-mayor" rütbəsindən məhrum edilməsidir.

Şixəliyev məhkəməyə müraciətində iddia edir ki, 2016-cı ildə ovaxtkı MTN-dən "general-mayor" rütbəsində ehtiyata buraxılanda ona ömürlük pensiya təyin olunub və ödənişi dayandırıla bilməz.

2021-ci ilin aprelində həbs olunan və 12 il azadlıqdan məhrum edilən Mövlam Şixəliyevin çoxsaylı mənzilləri, bağ evləri, torpaq sahələri də müsadirə olunmuşdu. 2023-cü ilin iyulunda Prezident İlham Əliyev Mövlam Şixəliyevin "general-mayor" ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenindən, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medallarından məhrum edilməsi barədə sərəncam imzalayıb.

Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarına əsasən, Mövlam Şixəliyevə 2016-cı ildən təyin edilmiş yaşa görə əmək pensiyası hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar dayandırılıb.

Mövlam Şixəliyev məhkəməyə şikayətində yazıb ki, ailəsində qazanc gətirən şəxs yoxdur və pensiyasının dayandırılması ilə əlaqədar çətin maddi durumda qalıb.

Məhkəmə Mövlam Şixəliyevin iddiasını təmin etməyib.скачать dle 11.3
Mojo.az Banner