Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər | 14:33 Ərdoğan Azərbaycan xalqını təbrik etdi | 14:20 İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi | 14:13 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi | 14:02 Mingəçevirdə gənc bıçaqlanıb | 13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev: "Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm, böyük xoşbəxtlikdir"

18.03.2026 19:28 1 227
İlham Əliyev:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Dövlət başçısı və birinci xanım kənd sakini Bəybala Qasımovun ailəsinə qonaq olub, burada səmimi söhbət aparıblar.

Prezident İlham Əliyev Xanoba kəndinin 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində azad edildiyini xatırladaraq, qısa müddətdə burada genişmiqyaslı tikinti işlərinin aparıldığını vurğulayıb:

"Bu, doğrudan da böyük xoşbəxtlikdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq".

Dövlətimizin başçısı işğal dövründə Ermənistanın bu əraziləri viran qoyduğunu, lakin hazırda bütün şəhər və kəndlərin yenidən qurulduğunu diqqətə çatdırıb. "Böyük Qayıdış" Proqramının uğurla icra olunduğunu qeyd edən Prezident bildirib ki, cəmi 5-6 il ərzində Qarabağ və Şərqi Zəngəzurda artıq 80 mindən çox insan məskunlaşıb:

"Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar. Biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik".

Son xəbərlər