Mojo.az Banner
15:44 Azərbaycanda bir neçə müəssisə ləğv olunub (Yenilənib)  |     15:41 Qayanada gəminin batması nəticəsində ölənlərin sayı 72-yə çatıb  |     15:40 Xaricdə təhsil hüququ qazananların SİYAHISI AÇIQLANDI  |     15:32 Oğuzda yanğın törədən şəxsin kimliyi MƏLUM OLDU  |     13:18 Ermənilər daha rusiyalılara süd verə bilməyəcəklər  |     13:08 Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürənə HÖKM OXUNUB  |     12:45 Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi  |     12:38 "İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR  |     12:06 Azərbaycanda zəlzələ oldu  |     11:54 Gəncədə avtomobil təmiri sexində meyit tapılıb  |     11:42 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     11:35 Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |     22:09 Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb  |     22:02 Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı  |    
Left Banner
Right Banner

Dövlət qulluğunda mükafat sistemi ləğv olunur

18.03.2026 13:08 885
Dövlət qulluğunda mükafat sistemi ləğv olunur
Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.

Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Əvvəlki qaydalara əsasən isə, dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsində əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.

Beləliklə, aparılan dəyişikliklər nəticəsində əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq.скачать dle 11.3
Mojo.az Banner