Mojo.az Banner
23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |    
Left Banner
Right Banner

JIVA-nın “Avroviziya 2026” üçün mahnısı təqdim olundu

16.03.2026 22:11 573
JIVA-nın “Avroviziya 2026” üçün mahnısı təqdim olundu
Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub.

Median.Az xəbər verir ki, “Just Go” — sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.

Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir.

Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir.

Xatırladaq ki, JIVA Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub. Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.скачать dle 11.3
Mojo.az Banner