Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayramda bölgələrə qatarla getmək istəyənlərə ŞAD XƏBƏR

16.03.2026 12:08 492
Bayramda bölgələrə qatarla getmək istəyənlərə ŞAD XƏBƏR
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) qarşıdan gələn Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günü elan edilən 20-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə bütün hərəkət vasitələrinə müntəzəm texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatını qarşılamaq və daşımaların fasiləsizliyini təmin etmək üçün bir sıra istiqamətlərə əlavə reyslər təyin edilib.

Sərnişinlərin istirahət günlərində daha çox üz tutduğu turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu təşkili üçün 20-30 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslərlə xidmət göstəriləcək. Qatarlar saat 07:30-da paytaxtdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Həmçinin 18-30 mart tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq. Qatarlar saat 08:30-da Bakıdan, 17:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı-Qazax-Bakı xətti üzrə isə əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərinə təyin edilib. Qatarlar saat 07:45-də Bakıdan, 16:40-da Qazaxdan start götürəcək.

Sərnişinlər bayram günlərində Bakıdan Ağstafa və Qazaxa, həmçinin əks istiqamətə gündəlik Bakı-Qazax-Bakı reysləri ilə də səfər edə bilərlər. Qeyd edək ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə biletlərə 10 faiz endirim tətbiq olunur.

Bundan başqa, sərnişinlərin bayram günlərində Qarabağa rahat səfərlərinin təşkili üçün 23 və 25 martda Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatarlar təyin edilib. Bu istiqamətdə 21 və 28 martda ənənəvi reyslər də həyata keçiriləcək. Qatarlar saat 07:10-da Bakıdan, 18:10-da Ağdamdan hərəkət edəcək.

20 və 21 mart tarixlərində Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə reyslər təşkil ediləcək. Qatarlar saat 07:15-də Gəncədən, 08:40-da Mingəçevirdən yola düşəcək. Gəncə-Qəbələ-Gəncə xətti ilə səfərlər isə ənənəvi qrafik əsasında həyata keçiriləcək.

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatdan asılı olaraq 18, 19, 20, 27 və 29 mart tarixlərində Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulub.

20-30 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya "ADY Mobile" tətbiqini yükləyə bilərlər.

Son xəbərlər