Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəhruz Paşayevin həbs müddəti uzadıldı

13.03.2026 19:52 495
Bəhruz Paşayevin həbs müddəti uzadıldı
PaytaxtınYasamal rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin həbs müddəti uzadılıb.

Median.Az
APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və B.Paşayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.

Xatırladaq ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ağır yanğın hadisəsi baş verib. Baş Prokurorluğun məlumatına görə, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər isə tüstüdən zəhərlənib.

İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsini icarəyə götürən "TAXES GROUP" MMC-nin ("Loft Dent" klinikası) direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Onun məhz bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr yaranıb.

B.Paşayev ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir. Hadisədə təqsiri olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Son xəbərlər