Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistan və Çindən Əfqanıstan məsələsində ortaq mövqe: İslamabad təhlükəsizlik zəmanətləri tələb edir

13.03.2026 14:07 546
Pakistan və Çindən Əfqanıstan məsələsində ortaq mövqe: İslamabad təhlükəsizlik zəmanətləri tələb edir
Pakistan Əfqanıstandan təhlükəsizliyinin təmin edilməsinə və terrorun dayandırılmasına dair zəmanətlər tələb edir.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi açıqlama verib.

"Bu cür zəmanətlər alınmadığı üçün Pakistan öz siyasətinə davam edəcək və sərhədyanı hücumlar zamanı özünümüdafiə hüququnu özündə saxlayır", - deyə diplomat vurğulayıb.

XİN rəsmisinin sözlərinə görə, Pakistan və Çin Əfqanıstan məsələsində vahid mövqe tutur ki, bu da həftə ərzində baş nazirin müavini və XİN rəhbəri Məhəmməd İshaq Darın çinli həmkarı Van Yi ilə telefon danışığında təsdiqlənib.

Söhbət zamanı döyüş əməliyyatlarının davam etdiyi Pakistan-Əfqanıstan sərhədindəki vəziyyət müzakirə olunub:

"Pakistan və Çin bütün məsələlərdə, o cümlədən Əfqanıstanla bağlı yekdil mövqe tutur. Ölkələrimiz Əfqanıstan üzrə beynəlxalq dialoqda iştirak edir, belə danışıqlar ikitərəfli səviyyədə, həmçinin Kabilin iştirakı ilə daim aparılır".

Qeyd edək ki, dünən Pakistanın ordusu Əfqanıstan ərazisinə növbəti hava zərbələri endirib.скачать dle 11.3
Mojo.az Banner