Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ |
Mojo.az Avto
Mojo.az Avto

İranın İncirlik bazasına atdığı ballistik raketi kim vurub?

05.03.2026 14:49 690
İranın İncirlik bazasına atdığı ballistik raketi kim vurub?
İran Silahlı Qüvvələri tərəfindən buraxılan ballistik raketin ABŞ Hərbi Hava Qüvvələrinin böyük bir kontingentinin dislokasiya olunduğu Türkiyə ərazisindəki "İncirlik" hərbi bazasını hədəf aldığı ehtimal edilir.

Bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Xəbərdə deyilir ki, raket İraq və Suriya hava məkanını keçərək Türkiyə istiqamətində hərəkət edərkən Aralıq dənizi üzərində zərərsizləşdirilib. Dəqiqləşdirilən məlumata əsasən, İran raketi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Oscar Austin" esminesi tərəfindən atılan "SM-3" raketi vasitəsilə vurulub. Məhv edilən raketin parçaları Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətinə düşsə də, hadisə nəticəsində xəsarət alan olmayıb.

Əlavə olunub ki, Türkiyə NATO üzvüdür və ona qarşı hər hansı hücum alyansın 32 üzvünün münaqişəyə cəlb olunması potensialını daşıyır.

Türkiyənin cənub bölgəsində, Adana şəhəri yaxınlığında yerləşən "İncirlik" hava bazası ABŞ və NATO Hərbi Hava Qüvvələrinin Avropadakı ən şərq dayağı hesab olunur. 1950-ci illərin ortalarında təsis edilən baza, sonradan Türkiyə Hərbi Hava Qüvvələrinin 10-cu əsas bazası statusunu alıb.

Son xəbərlər