Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar

03.03.2026 20:28 471
Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar
Meyxanaçı Elşən Binəqədinin meyitinin morqda qalması ictimai qınağa səbəb olub. Xatırladaq ki, fevralın 26-da meyxanaçı Sabunçu Tibb Mərkəzinə gətirilib və orada dünyasını dəyişib.

Bundan sonra onun meyitinin bir neçə gün morqda qaldığı bildirilib.

Sosial şəbəkə izləyiciləri yazıblar:

"Böyük meyxanaçı ordusu var, hamısının da imkanı başından aşır. Eləsi var, 100–200 minlik avtomobildə gəzir. Amma bir meyitə sahib çıxa bilmədilər. Niyə yığışıb Elşəni dəfn etmirlər?”

Meyxanaçı Rüfət Nasosnu Qaynarinfo-ya açıqlamasında Elşən Binəqədinin ölüm xəbərini efirdən eşitdiyini vurğulayıb:

"Həmin günü xəstə idim, boğazımda problem oldu, evdən çıxa bilmədim. Onu ətrafı, meyxana deyən dostları dəfn edib, yas mərasimi də veriblər”.

Rüfət Nasosunun sözlərinə görə, dünyasını dəyişən insanın dəfn və yas mərasimlərində ancaq ətrafı iştirak edir:

"Arzu Kəlbi verilişinə reytinq yığmaq üçün Elşən Binəqədinin meyitinin ortada qaldığını dedi. Bu yanlış təbliğat idi. Məsələn, bir jurnalist öləndə onun dəfninə kim gəlir? Bütün jurnalistlər gəlmir, ancaq ətrafı olur. Yaxud da rejissor öləndə onun dəfnində ancaq onu tanıyanlar iştirak edir. Soruşmaq lazımdır ki, ölən adam kiminsə yası düşəndə getmişdi? Yaxud kimsə xəstə olanda gedib ona baş çəkib? Gərək gedəydi ki, gələn də olardı. Elşən Binəqədinin öz çevrəsi yasında olub, eşitdim ki, dostları yığışıb, ehsan da verib. Allah qəbul eləsin, gözəl addımdır. Bu edənlərin Allah mükafatını da verər”.

Rüfət Nasosnu Elşən Binəqədinin pis vərdişləri olduğunu da xatırladıb:

"Həddindən artıq içirdi, nəfisinin badına getdi. Demişdilər ki, içmək olmaz, amma əməl etmədi. Qaraciyəri xəstə idi, ona qəti içmək olmazdı. Bir neçə dəfə məclislərdə görüşdük, söhbət etdik, onu başa saldım ki, bu yoldan çəkinsin. Ailə problemləri və sıxıntıları da çox idi. Hər şey onu sıxırdı. Tam dəstək olan yox idi, hər şey çətinlikdən yaranırdı. Bəlkə də reabilitasiya mərkəzlərində qalsaydı, orada dostlar tapardı və onların köməkliyi sayəsində bu gün yaşayardı”.

Meyxanaçı hesab edir ki, Elşən Binəqədi azad və rahat yaşamaq prinsipi ilə mərkəzdən çıxıb:

"Səhhəti ilə bağlı məclislərə də az gedirdi. Gərək ağıllı yaşayasan; bu dünyada səhv elədin, batdın. Hamımız yıxılırıq. Yıxılıb qalxa bilmədinsə, tapdalayıb keçəcəklər, ya səni insanlar sıxacaq, ya da ölüm aparacaq. İndi elə vəziyyətdir ki, bacar ayaqda qal”.

Son xəbərlər