Mojo.az Banner
21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil nömrəsini gizlətmək üçün cihaz alanları bu cəza gözləyir - Video

03.03.2026 19:26 687
Avtomobil nömrəsini gizlətmək üçün cihaz alanları bu cəza gözləyir - Video
Bir düymə ilə avtomobilin nömrəsini gizlədir. Qiyməti isə 400 manatdan başlayır.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.

Qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək, o cümlədən məsuliyyətdən yayınmaq məqsədilə onları saxtalaşdırmaq, üzərini bağlamaq və s. əməllər hüquqi məsuliyyət yaradır.

Bu qurğulardan istifadənin təhlükəsini artıran məqamlardan biri də, qeydiyyat nişanı bağlı olduğu halda törədilən yol nəqliyyat hadisəsidir.

Vəkillər kollegiyasının üzvü Misirə Xəlilzadə deyir ki, bu halda qəza ehtiyatsızlıqdan yox, qabaqcadan planlaşdırılmış cinayət kimi də qiymətləndirilə bilər.скачать dle 11.3
Mojo.az Banner