Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyəli məşhurlar Dubaydan qayıda bilmirlər

02.03.2026 17:43 528
Türkiyəli məşhurlar Dubaydan qayıda bilmirlər
Türkiyənin məşhur aktyorları İlker Ayrık və Şevket Çoruh BƏƏ-nin Dubay şəhərindən çıxa bilmirlər.

Bu barədə Median.Az məşhur aktyorların paylaşımlarına əsasən xəbər verir.

İlker Ayrık paylaşımında yazıb:

"Fevralın 27-də Dubaya "Bir Ata Hamlet" tamaşası üçün gəldik. Bu gün qayıtmağı planlaşdırırdıq. Lakin hamınızın bildiyiniz səbəblərə görə geri qayıda bilmirik. Ailəm də yanımdadır. Uşaqların bəzi dərsləri yoxdur. Ümid edirəm ki, müəllimləri inciməzlər. Zəng edən, soruşan və narahat olan hər kəsə çox təşəkkür edirəm. Hamımız sağ-salamatıq. Ümid edirəm ki, tezliklə qayıdacağıq".

Bundan başqa türkiyəli model İvana Sert də Dubayda qalan məşhurlar sırasındadır. O, hadisənin başladığı gün oğlu ilə birlikdə İstanbula qayıtmalı olduqlarını, lakin atılan raketlər səbəbindən uçuşların ləğv edildiyini açıqlayıb:

"Qeyri-adi günlər yaşayırıq. Həyəcan siqnalları daim çalınır. Bu qorxuludur. Ən qısa müddətdə Türkiyəyə gəlmək istəyirik".скачать dle 11.3
Mojo.az Banner