Mojo.az Banner
23:14 “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı  |     23:03 Bu 4 bürc üçün yeni dövr başlayır  |     22:58 Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü  |     22:50 Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama  |     22:45 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı  |     22:40 Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı  |     22:33 Avropada ən populyar avtomobil açıqlandı (SİYAHI)  |     22:25 Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi  |     22:20 "Dərman da təsir etmir": Balakən sakinləri tırtıl bəlasından əziyyət çəkirlər - VİDEO  |     22:14 Rəqsanənin qızı adını dəyişdi - FOTO  |     22:07 Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB  |     21:59 Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş (YENİLƏNİB)  |     21:54 Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqlinin həcmini artıracaq  |     21:46 Koreyadan Naxçıvana uzanan sevgi - VİDEO  |     21:38 Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır  |     21:33 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     21:26 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər  |     21:12 Qonşusu ilə sayğaca görə dalaşdı, 1100 manat cərimələndi  |     21:05 Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimə olundu  |     21:00 Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi  |    
Left Banner
Right Banner

Azərbaycan XİN: "Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin ən qanlı faciələrindəndir"

26.02.2026 11:53 477
Azərbaycan XİN:
Ermənistan silahlı hücumu Xocalı soyqırımının törədilməsindən 34 il ötür.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaradır.

Bəyanatda deyilir:

"Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı apardığı işğal və soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərək azərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədiblər.

Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1 275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. Səkkiz ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ də məlum deyil.

Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.

Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və digər beynəlxalq humanitar norma və standartların kobud şəkildə pozulmasıdır. Bu faciə insanlıq əleyhinə cinayət olaraq dünya hüquq sistemində özünə layiqli qiymətini almalıdır.

Xocalı soyqırımının məqsədyönlü xarakteri ilə bağlı mövcud faktlar, o cümlədən soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş müdafiə naziri və daha sonra dövlət başçısı olmuş Serj Sarkisyanın etirafları göstərir ki, bu faciə düşünülmüş siyasətin tərkib hissəsi olub.

Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik".скачать dle 11.3
Mojo.az Banner