Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

25.02.2026 22:05 666
Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlandı
Bu ilin yanvar ayında Azərbaycanla Yunanıstan arasında ticarət əməliyyatlarının həcmi 55,1 milyon ABŞ dolları təşkil edib.

Median.Az
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,8 milyon ABŞ dolları və ya 1,9 dəfə azdır.

Belə ki, bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 45,9 milyon dollar həcmində ixrac həyata keçirilib ki, bu da illik ifadədə 51,3 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır.

Hesabat dövrü ərzində Yunanıstandan Azərbaycana 9,1 milyon ABŞ dolları həcmində ixrac həyata keçirilib. Bu illik ifadədə 50 min ABŞ dolları həcmində artım anlamına gəlir.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 3,538 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5 faiz azdır.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 802 milyon ABŞ dolları və ya 26,4 faiz, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5 faiz azalıb.

Nəticədə xarici ticarətdə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3 faiz azdır.скачать dle 11.3

Son xəbərlər