Mojo.az Banner
23:01 İran neftini sata bilmir: Dənizdə milyonlarla barel yığılır  |     22:50 Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir  |     22:45 Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?  |     22:37 Bu qidalar qocalmanı sürətləndirir  |     22:31 "AZAL" 5 ayda 6,1 milyon dollarlıq ixrac edib  |     22:25 CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?  |     22:20 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI  |     22:10 Yüzlərlə meymun naməlum səbəbdən zooparkdan qaçıb  |     22:09 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     22:07 Tanınmış bloger qarət edildi  |     22:05 Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb - Video  |     20:54 Bu Çin maşını kəskin ucuzlaşdı  |     20:48 Azərbaycanda bu dövlət qurumları ləğv olundu  |     20:14 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     20:08 Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)  |     19:56 Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı  |     19:51 NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir  |     19:49 Paşinyan İrana gedir  |     19:38 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     19:32 Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur  |    
Left Banner
Right Banner

Məhkəmə bıçaqlanmada ittiham olunan Emin İbrahimovla bağlı QƏRAR VERDİ

25.02.2026 15:41 582
Məhkəmə bıçaqlanmada ittiham olunan Emin İbrahimovla bağlı QƏRAR VERDİ
Bakıda adam bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun barəsindəki hökmdən verdiyi kasasiya şikayətinə baxılıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Emin İbrahimovun verdiyi şikayət təmin edilməyib.

Qeyd edək ki, hadisə 2024-cü ildə Bakının Nizami rayonunda qeydə alınıb.

İttihama görə, Emin İbrahimov Kamal Hacıəli oğlu Şükürov adlı Qaraçuxur sakini ilə mübahisə edərkən ona bıçaqla xəsarət yetirib.

Sabiq diplomat Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. İbrahimov 7 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin edilməyib.

Xatırladaq ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.скачать dle 11.3
Mojo.az Banner