Mojo.az Banner
17:05 Sabah Ay tutulacaq  |     16:55 Paşinyan: "Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər"  |     16:39 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜLƏRİ (Video)  |     16:28 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi  |     16:26 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU  |     16:17 Sabirabadın 10 kəndində qaz kəsiləcək  |     16:09 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi  |     15:59 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı TƏXRİBATI PİSLƏDİ  |     15:49 Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM  |     15:38 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb - FOTO  |     15:36 "Üzündə cızıq, dişlərinin düşdüyünü gördüm" - Müştərini döyən MTK sahiblərinin İŞİ  |     15:31 Bakıda EŞQ DRAMI: ayrılmaq istəyən sevgilisini öldürdü - YENİLƏNİB  |     15:25 Paşinyan: "Koçaryan və Sarqsyan yalnız pensiyanı gözləməlidirlər"  |     15:13 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb  |     14:52 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər  |     13:48 Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı  |     13:32 Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?  |     13:23 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb  |     13:04 Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |    
Left Banner
Right Banner

Obyektlərə yoxlamaya gələnlər kimlərdir? - Nazirlikdən XƏBƏRDARLIQ

24.02.2026 20:49 342
Obyektlərə yoxlamaya gələnlər kimlərdir? - Nazirlikdən XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalarla bağlı əhaliyə müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır:

"Belə ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.

Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur.

Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur.

Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırır".скачать dle 11.3
Mojo.az Banner