Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

KOBİA və AZPROMO yenidən təşkil olunur - FƏRMAN

24.02.2026 16:20 705
KOBİA və AZPROMO yenidən təşkil olunur - FƏRMAN
Prezident İlham Əliyev Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Median.Az
bununla bağlı President.az-a istinadən xəbər verir.

Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" publik hüquqi şəxs və "Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi - AZPROMO" publik hüquqi şəxs əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılır.

Müəyyən edilir ki, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilir.скачать dle 11.3
Mojo.az Banner