Oğuzda ağır QƏZA - Xəsarət alanlar var
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
