Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada səmaya qalxan vertolyot YOXA ÇIXDI: Göyərtədə güc strukturlarının əməkdaşları da olublar

20.02.2026 11:28 546
Rusiyada səmaya qalxan vertolyot YOXA ÇIXDI: Göyərtədə güc strukturlarının əməkdaşları da olublar
Rusiyanın Amur vilayətində "Robinson" vertolyotu Amaranka kəndi yaxınlığındakı ağackəsmə sahəsindən qalxdıqdan sonra yoxa çıxıb.

Median.Az
-ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən açıqlama verilib.

İlkin məlumata görə, vertolyotun göyərtəsində dörd nəfər olub və hazırda onların taleyi məlum deyil.

Amur bölgəsi hökuməti isə bildirib ki, göyərtədə üç nəfər - pilot və iki sərnişin olub.

Həmçinin hüquq-mühafizə orqanlarından "İnterfaks"a verilən informasiyaya görə, helikopterdə Rusiya Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin əməkdaşları da olublar.

Onlar meşə ərazisinə yerüstü nəqliyyatla gəliblər, daha sonra helikopterlə geri dönürlərmiş.

Əməliyyatçılar, axtarış-xilasetmə dəstəsinin xilasediciləri və Rusiya Fövqəladə Hallar Nazirliyinin Amur vilayəti üzrə Baş İdarəsinin 42 nəfərdən və 14 texnikadan ibarət aeromobil qrupu, eləcə də üç qar maşını və bir pilotsuz uçuş aparatı (PUA) əraziyə cəlb ediliblər.

Hüquq-mühafizə orqanları vertolyotun fərdi şəxsə məxsus olduğunu və fevralın 19-da yerli vaxtla təxminən saat 23:00-da (Bakı vaxtı ilə saat 18:00-da) havaya qalxdığını qeyd ediblər. İlkin məlumata görə, uçuş üçün rəsmi icazə alınmayıb.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (iki və ya daha çox şəxsin ölümünə səbəb olan hava gəmilərinin hərəkəti və istismarı təhlükəsizliyi qaydalarını pozma) ilə cinayət işi açılıb.
//oxu.az

Son xəbərlər