Mojo.az Banner
15:54 Fabinyo "Trabzonspor"da  |     15:51 34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı  |     15:35 İdarəetməni itirib maşını bağa aşırdı  |     15:23 Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər (RƏSMİ)  |     15:22 Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən  |     15:20 Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib  |     15:16 Azərbaycanda da məşhur olan Rusiyanın sosis markasında salmonella aşkar edildi - FOTO  |     14:53 MKA: "MilliÖn" adından fişinq kampaniyası aşkarlanıb  |     14:52 11 sentyabr qurbanlarından daha birinin şəxsiyyəti müəyyənləşdi  |     14:46 İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb  |     14:04 Sabunçuda kişinin boğazı kəsildi: Arvadı saxlanıldı  |     12:59 Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb  |     12:53 Onlayn alış-verişdə vətəndaşlar ən çox hansı problemlərlə üzləşir?  |     12:44 İmişlidə toy yasa qarışdı - 25 yaşlı şəxs ŞADLIQ EVİNDƏ ÖLDÜ  |     12:40 Ağdaşda ana və oğlu BIÇAQLANDILAR, ər saxlanıldı - TƏFƏRRÜAT (Yenilənib)  |     12:37 Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəislə bağlı YENİ QƏRAR  |     12:35 Bərdədə "Prius" 49 yaşlı kişini vurdu, xəstəxanada keçindi  |     11:58 Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib  |     11:55 "Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ: Dələduzlar yeni üsula əl atırlar  |     11:53 Pensiyaların yenidən hesablanması ilə bağlı YENİLİK olacaq? - Video  |    
Left Banner
Right Banner

Prokurorluq Ruslan Eyyubovla bağlı məhkəməyə təqdimat göndərdi

19.02.2026 13:31 426
Prokurorluq Ruslan Eyyubovla bağlı məhkəməyə təqdimat göndərdi
Beş milyonluq siqaret qaçaqmalçılığı cinayəti ilə bağlı ittiham olunan məşhur iş adamı Ruslan Eyyubovun iki aylıq ilkin həbsdə saxlanılma müddəti başa çatır.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bununla bağlı məhkəməyə təqdimat göndərib.

Prokurorluğun təqdimatında yazılır ki, xüsusilə ağır cinayət işi üzrə 2 aylıq ibtidai istintaq müddəti yetərli olmayıb. Ölkə gündəmində olan cinayət işinin dərindən araşdırılmasının zəruriliyi nəzərə alınaraq istintaqın davam etməsi vacibdir.

Nəticə olaraq cinayətin ağırlığı, şahidlərə təsir göstərilməsi imkanı ehtimalı əsas gətirilərək, təqsirləndirilən Ruslan Eyyubovun həbsinin daha bir neçə ay uzadılmasına qərar verilməsi istənilir.

Prokurorluğun təqdimatına gün ərzində Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki sahibi Ruslan Eyyubov ötən ilin son ayında həbs edilib. Onun qardaşı general Həsən Eyyubov da elə bu hadisələrin gedişində Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanından keçdiyindən limanın direktoru, bir neçə gömrükçü və başqa əlaqəli şəxslər də cinayət məsuliyyətinə cəlb ediliblər.скачать dle 11.3
Mojo.az Banner