Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb - FOTO

19.02.2026 11:51 771
Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb - FOTO
Leyla Əliyeva Tiranada Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident Bayram Beqay Albaniya baş nazirinin iqamətgahında açılan sərginin iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib.

Leyla Əliyeva Azərbaycan və Albaniya arasında münasibətlərin təməlinin formal protokollardan kənara çıxdığını vurğulayıb.

Görüşdə logistik çətinliklərin aradan qaldırılması mövzusuna toxunulub. Bakı-Tirana birbaşa aviareyslərinin işə salınmasının zəruriliyi vurğulanıb.

Albaniyada ildə 300 günəşli günün olması nəzərə alınaraq, ölkədə ilboyu turizm və ekoturizm konsepsiyalarının inkişafı, həmçinin Albaniya, Monteneqro və Kosovonu birləşdirən ortaq marşrutların yaradılması müzakirə edilib.

Bildirilib ki, iqtisadi sahədə, xüsusilə turizm sektorunda Azərbaycan investisiyalarına böyük maraq göstərilir. Qeyd olunub ki, Azərbaycanın Monteneqroda icra etdiyi uğurlu layihələr Albaniya sahillərində nəinki təkrarlanacaq, hətta daha böyük nəticələr verəcək. Söhbət zamanı iki ölkənin liderlərinin siyasi iradəsinin konkret addımlarla - viza rejiminin ləğvi və diplomatik təmsilçiliyin gücləndirilməsi ilə təsdiqini tapdığı bildirilib.

Sonra Albaniya Prezidenti baş nazirin iqamətgahında nümayiş olunan MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi ilə tanış olub.

Son xəbərlər