Mojo.az Banner
14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Yuxa"da YOXLAMA: Məşhur restoranın işi dayandırıldı - Video

16.02.2026 17:01 411
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə FHN məlumat yayıb:

"Bu çərçivədə DYNX tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi 33 ünvanında yerləşən "Yuxa" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- Obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- Elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

- Odsöndürən balonlarla tam təmin olunmayıb;

- Bəzi daxili divarları yanar materiallarla üzlənilib;

- Mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt təqdim edilməyib;

- Yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- Təxliyə yolunu göstərən nişanlar mövcud deyil;

- Obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, restoranın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "Yuxa" restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə verilib.
скачать dle 11.3
Mojo.az Banner