Mojo.az Banner
17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah 23 dərəcə isti olacaq

16.02.2026 14:10 663
Sabah 23 dərəcə isti olacaq
Azərbaycanda fevralın 17-də havanın yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, zaman-zaman tutulacağı, lakin əsas etibarilə yağıntısız keçəcəyi proqnozlaşdırılır. Axşam saatlarında və gecə yarımadanın bəzi hissələrində duman müşahidə edilə bilər. Gün ərzində əsən mülayim cənub-qərb küləyinin axşama doğru şimal-qərb küləyinə keçəcəyi ehtimal edilir.

Temperaturun gecə saatlarında 4-8° isti, gündüz isə 15-19° isti arasında dəyişəcəyi gözlənilir. Atmosfer təzyiqində azalma müşahidə olunacaq və göstərici 758 mm civə sütunundan 753 mm civə sütununa düşəcək. Nisbi rütubətin 70-80 faiz təşkil edəcəyi bildirilir.

Azərbaycanın bölgələrində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq, eləcə də dağətəyi ərazilərdə duman olacağı proqnozlaşdırılır. Bəzi məkanlarda qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperatur göstəriciləri rayonlarda gecə 5-10° isti, gündüz 19-23° isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 3-8° isti, gündüz vaxtı 13-18° isti olacağı proqnozlaşdırılır.скачать dle 11.3
Mojo.az Banner